Ruhani BMT baş katibinin yanında təşkilatı "fəaliyyətsizlikdə və sükut"da qınayıb

Ruhani BMT baş katibinin yanında təşkilatı "fəaliyyətsizlikdə və sükut"da qınayıb İran prezidenti Həsən Ruhani BMT baş katibi Antoniu Quttereşlə görüşün gedişatında dünyanın ən böyük beynəlxalq təşkilatını fəaliyyətsizlikdə və sükutda ittiham edib.
Digər ölkələr
26 Sentyabr , 2019 05:13
Ruhani BMT baş katibinin yanında təşkilatı fəaliyyətsizlikdə və sükutda qınayıb

İran prezidenti Həsən Ruhani BMT baş katibi Antoniu Quttereşlə görüşün gedişatında dünyanın ən böyük beynəlxalq təşkilatını "fəaliyyətsizlikdə və sükut"da ittiham edib.

Bu barədə "Report" İran prezidentinin saytına istinadən xəbər verir.

Görüş cümə axşamı, BMT Baş Assambleyasının 74-cü sessiyasında baş tutub. Ruhani görüşünün gedişatında ABŞ-ın İrana qarşı "təcavüzü və iqtisadi terrorçuluğu"na münasibətdə BMT-ni "fəaliyyətsizlikdə və sükut"da tənqid edib. O, həmçinin İsrailin Fələstin, İraq, Livan və Suriya ilə bağlı hərəkətlərini "cinayət" adlandırıb.

Bundan başqa, İran prezidenti özünün Hörmüz və ona bitişik Oman, Fars boğazlarında təhlükəsizliyin təmin olunmasını güman edən "Hörmüz sülh təşəbbüsü"ndən danışıb və. O, bu istiqamətdə BMT ilə əməkdaşlıq etmək istəyini təsdiq edib.

BMT baş katibi öz növbəsində təşəbbüsü alqışlayıb. Antoniu Quttereş həmçinin nüvə sazişinə dəstək verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi