Roman Abramoviç Britaniya vizası almaqla bağlı müraciətini geri götürüb

Roman Abramoviç Britaniya vizası almaqla bağlı müraciətini geri götürüb Bakı. 1 iyun. REPORT.AZ/ Londonun Çelsi klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviç Böyük Britaniyanın investisiya vizasının müddətinin uzadılmasına dair müraciətini geri götürüb.
Digər ölkələr
1 İyun , 2018 10:32
Roman Abramoviç Britaniya vizası almaqla bağlı müraciətini geri götürüb
Londonun "Çelsi" klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviç / AP
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Londonun "Çelsi" klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviç Böyük Britaniyanın investisiya vizasının müddətinin uzadılmasına dair müraciətini geri götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, "The Sun" nəşri rusiyalı biznesmenin daha belə vizaya ehtiyac duymadığını yazıb.

Belə ki, R.Abramoviç İsrail vətəndaşlığını qəbul etdikdən sonra onun Britaniya vizasını uzatmağa ehtiyac qalmayıb. İndi o, İsrail vətəndaşı kimi altı aya qədər müddətdə sərbəst şəkildə Böyük Britaniya ərazisində qala bilər.

Xatırladaq ki, Roman Abramoviç Britaniya vizasının alınması ilə bağlı çətinliklərdən sonra İsrailə köçmək qərarına gəlib. O, bu ölkənin vətəndaşlığını da qəbul edib. 

Son xəbərlər

Orphus sistemi