Romada yüz minlərlə insan etiraz aksiyasına çıxıb

Romada yüz minlərlə insan etiraz aksiyasına çıxıb Bakı. 10 fevral. REPORT.AZ/ İtaliyanın böyük həmkarlar ittfaqları şənbə günü, fevralın 9-da Romada çoxminlik nümayiş təşkil ediblər.
Digər ölkələr
10 Fevral , 2019 01:30
Romada yüz minlərlə insan etiraz aksiyasına çıxıb

Bakı. 10 fevral. REPORT.AZ/ İtaliyanın böyük həmkarlar ittfaqları şənbə günü, fevralın 9-da Romada çoxminlik nümayiş təşkil ediblər.

“Report” "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, aksiyada təqribən 200 min nəfər iştirak edib.

Bildirilir ki, həmkarlar ittifaqları hökuməti hazırkı iqtisadi kursu dəyişməyə çağırıblar.

Məlumata görə, tənqidə yeni təqaüd islahatları məruz qalıb. Etiraz təşkilatlarının fikrincə, bu islahatlar uzunmüddətli xarakterə malik deyil. Nümayişçilər həmçinin yoxsul və işsizlər üçün mülki gəlirlərin tətbiqindən narazıdırlar. Çünki o, yoxsulluq və işsizliklə mübarizəyə məne olur.

Daha əvvəl Fransada "sarı jiletlilər"in 13-cü ümumilli etiraz günü keçirilən nümayişlərdə 51,4 mindən çox adam iştirak edib.

Son xəbərlər

Orphus sistemi