Fransada etiraz aksiyalarında 51 mindən çox şəxs iştirak edib - VİDEO - YENİLƏNİB

Fransada etiraz aksiyalarında 51 mindən çox şəxs iştirak edib - VİDEO - YENİLƏNİB Polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib
Digər ölkələr
9 Fevral , 2019 22:57
Fransada etiraz aksiyalarında 51 mindən çox şəxs iştirak edib - VİDEO - YENİLƏNİB

Paris. 9 fevral. REPORT.AZ/ Fransada "sarı jiletlilər"in 13-cü ümummilli etiraz günü keçirilən nümayişlərdə 51,4 mindən çox adam iştirak edib.

"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı yekun məlumatda bildirilir.

Qeyd olunur ki, Parisdə nümayişçilərin sayı 4 min nəfər təşkil edib.

Bu rəqəm ötən şənbə günü ilə müqayisədə azdır. Ötən həftə "sarı jiletlilər"in aksiyasında ölkə üzrə 58,6 min nəfər iştirak etmişdi.

Paris prokurorluğunun məlumatına görə, şəhərdə polis və jandarmeriya əməkdaşları tərəfindən 36 nəfər saxlanılıb. Onlardan 21-i həbs edilib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.

Hazırda bir neçə yüz nümayişçi paytaxt küçələrində qalmaqdadır, lakin onlar ilə polis arasında toqquşmalar səngiyib.


***17:34

Bakı 9 fevral. REPORT.AZ/ Parisdə polis bir neçə dəfə Yelisey sarayı yaxınlığında Birinci Fransisk meydanında nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Eyni zamanda, min nəfərdən çox nümayişçidən ibarət əsas kolon Monten avenyusu boyunca Yelisey sarayından Senaya doğru hərəkət edir. Yürüş sakit keçir, aksiyaya polis əməkdaşları nəzarət edirlər.

Daha əvvəl bildirilib ki, Fransada "sarı jiletlilər"in keçirdiyi etirazlar zamanı 8 polis yaralanıb.

Son xəbərlər

Orphus sistemi