Riqa hava limanında təyyarə təcili eniş edib

Riqa hava limanında təyyarə təcili eniş edib Avialaynerin ön şassilərində nasazlıq yaranıb
Digər ölkələr
17 Sentyabr , 2016 15:45
Riqa hava limanında təyyarə təcili eniş edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ "AirBaltic" aviaşirkətinə məxsus təyyarə yüksək təhlükəsizlik tədbirləri səbəbilə Riqa beynəlxalq hava limanına təcili eniş edib.

"Report" "Delfi"yə istinadən xəbər verir ki, bu səbəbdən hələlik qeyri-müəyyən müddətə bütün təyyarələr eniş üçün digər aeroportlara istiqamətləndirilir.

İlkin məlumata görə, təyyarənin hava limanından uçmasından dərhal sonra onun ön şassilərində nasazlıq yaranıb. Bu səbəbdən ekipaj bütün təhlükəsizlik tədbirlərini nəzərə alaraq yenidən aeroporta geri qayıtmaq qərarına gəlib.

Qeyd edək ki, təyyarə Riqa-Sürix marşrutu üzrə reys həyata keçirirmiş. "AirBaltic" şirkətindən verilən məlumata görə, təyyarənin göyərtəsində ikisi uşaq, biri körpə olmaqla 63 sərnişin və dörd ekipaj üzvü olub.

Son xəbərlər

Orphus sistemi