Yuxarı

ABŞ Rusiyanın 35 diplomatına bu ölkəni tərk etmək üçün 72 saat vaxt verib

​Reuters: ABŞ Rusiya Federasiyasının 35 diplomatını geri göndərir

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərir və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəlikləri bağlayır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" yüksək vəzifəli məmurlardan birinə istinadən məlumat yayıb.

"Bu addımlar Amerika diplomatlarının rusiyalılar tərəfindən təqibinə cavab olaraq atılır və diplomatların digər hərəkətlərinə adekvatdır. Bütün bunlar bizim qiymətləndirimələrimizə görə, diplomatik təcrübəyə uyğun deyil" - deyə Amerikanın yüksək vəzifəli məmurlarından biri bildirib.  

Məlumata görə, Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

Vaşinqton bu tədbirləri Amerika diplomatlarının Rusiyada sıxışdırma kampaniyası ilə əsaslandırır. Eyni zamanda ABŞ prezidenti bu ölkədəki Rusiya diplomatlarının kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu iddia edib.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi