Respublikaçılar ABŞ-ın 5 ştatında qubernator postu uğrunda mübarizədə qalib gəlirlər

Respublikaçılar ABŞ-ın 5 ştatında qubernator postu uğrunda mübarizədə qalib gəlirlər Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-ın Respublikaçılar Partiyasından olan namizədlər beş yerli ştatda qubernator postu uğrunda mübarizədə qalib gəlirlər.
Digər ölkələr
7 Noyabr , 2018 08:40
Respublikaçılar ABŞ-ın 5 ştatında qubernator postu uğrunda mübarizədə qalib gəlirlər

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-ın Respublikaçılar Partiyasından olan namizədlər beş yerli ştatda qubernator postu uğrunda mübarizədə qalib gəlirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu proqnozla çərşənbə axşamı "Fox News" teleşirkəti çıxış edib.

Onun məlumatına görə, xüsusilə respublikaçı Henri Makmaster Cənubi Karolina ştatının qubernator vəzifəsi uğrunda mübarizədə üstünlük əldə edib. Teleşirkətin proqnozuna görə, Merilend ştatında isə bu partiyanın digər nümayəndəsi Lerri Hoqan ikinci müddətə qubernator vəzifəsini tuta bilər, Massaçusets ştatında isə sözügedən vəzifəni ikinci müddətə respublikaçı Çarli Beyker tutacaq. Tenessidə respublikaçı Bill Li demokrat Karl Dinə qalib gəlir. Həmçinin Alabama ştatının qubernator vəzifəsi uğrunda mübarizədə, proqnozlara görə, daha bir respublikaçı Key Ayvi qalib gləcək.

Çərşənbə axşamı ABŞ-da Konqress və yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə 100 senatordan 35, Nümayəndələr Palatasının 435 üzvünün hamısı, 39 ştat və ərazinin qubernatoru, həmçinin ştatların qanunverici məclislərinin 6073 üzvü, hakimlər və məktəb dairə şuralarının üzvləri yenidən seçiləcək.

Son xəbərlər

Orphus sistemi