Rəsmi Tehran Netanyahunun bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb

Rəsmi Tehran Netanyahunun bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb "İran bu cür mühüm sənədləri sahibsiz sənaye anbarında necə saxlaya bilər?"
Digər ölkələr
1 May , 2018 02:59
Rəsmi Tehran Netanyahunun bəyanatını uşaq hərəkəti və mənasız şou adlandırıb

Bakı. 1 may. REPORT.AZ/ İranın xarici işlər nazirinin müavini Abbas Araqcı İsrailin baş naziri Binyamin Netanyahunun Tehranın hərbi nüvə sahəsində əldə etdiyi nailiyyətlər barədə bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

"Netanyahunun etdiyi uşaq hərəkəti və mənasız şoudur və bunu biz artıq son illər müşahidə etmişik, lakin bunu əvvəllər ikiüzlülər qrupu göstərirdi (İranın solçu radikal "İran xalqının mücahidləri təşkilatı" qrupu. – red)", - deyə Araqcı bildirib.

"Bu bəyanat mənasızdır: İran bu cür mühüm sənədləri sahibsiz sənaye anbarında necə saxlaya bilər?", - neyə nazir müavini bildirib.

Bundan əvvəl Binyamin Netanyahu yerli televiziyada çıxışı zamanı İsrail kəşfiyyatının İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi