Yuxarı

"Real Madrid"in sabiq prezidenti reanimasiyaya yerləşdirildi

​"Real Madrid"in sabiq prezidenti reanimasiyaya yerləşdirildi

427

Madrid "Real”ının keçmiş prezidenti Lorenso Sansın səhhətində ciddi problemlər yaranıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, biznesmen son bir neçə gün özünü pis hiss edib. Onda yüksək temperatur müşahidə olunub və Lorenso Sans hazırda reanimasiyadadır. Sans artıq koronavirusla bağlı analizlərini verib, hərçənd nəticələr hələ məlum deyil, amma həkimlər 99 faiz əmindirlər ki, o, COVID-19 infeksiyasına yoluxub.

Qeyd edilir ki, "Real Madrid"in sabiq prezidenti öz yaşına görə risk zonasındadır, hazırda Lorenso Sansın 76 yaşı var.

Xatırladaq ki, Sans 1985-ci ildən 1995-ci ilə qədər "Real"ın direktoru vəzifəsini tutub, sonra klubun prezidenti olub. O, bu vəzifədə 2000-ci ilə qədər qalıb və bu dövrdə komanda iki dəfə Çempionlar Liqasının qalibi olub. Müvəffəqiyyətə baxmayaraq, Sans vəzifəsini qoruya bilməyib və seçkilərdə Florentin Peresə uduzub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi