Quam adası sakinlərinə səhvən təhlükə haqqında xəbərdarlıq edilib

Quam adası sakinlərinə səhvən təhlükə haqqında xəbərdarlıq edilib Həyəcan 15 dəqiqə davam edib
Digər ölkələr
16 Avqust , 2017 07:55
Quam adası sakinlərinə səhvən təhlükə haqqında xəbərdarlıq edilib

Bakı. 16 avqust. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının raket buraxmaqla hədələdiyi Quam adasının iki radiostansiyası səhvən ada sakinlərinə təhlükə haqqında xəbərdarlıq edib.

"Report"un məlumatına görə, bu haqda "The Guardian" qəzetinə istinadən "TASS" xəbər verib.

Nəşrin məlumatına görə, Quamın radio dinləyiciləri yerli vaxt saat 00:25-də qeyri-müəyyən təhlükə barədə xəbərdar ediliblər. Qeyd edilir ki, həyəcan 15 dəqiqə davam edib.

Ada hakimiyyətinin bəyanatına əsasən, radio dinləyicilərinin təhlükə haqqında aldığı xəbərdarlıq fövqəladə vəziyyət halında əhalinin bildiriş alması sisteminin plandan kənar yoxlaması olub. Həmçinin qeyd edilir ki, hakimiyyət gələcəkdə belə hadisənin təkrarlanmayacağına əmin olmaq üçün radiostansiyaların rəhbərliyi ilə söhbət aparıb.

Son xəbərlər

Orphus sistemi