Qırğızıstanda prezident seçkiləri başlayıb

Qırğızıstanda prezident seçkiləri başlayıb Seçkiləridə 325768 nəfərin səs verə biləcək
Digər ölkələr
15 Oktyabr , 2017 06:18
Qırğızıstanda prezident seçkiləri başlayıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün yerli vaxtla saat 8.00 (Bakı vaxtı ilə saat 06.00- red) Qırğızıstanda prezident seçkiləri başlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Qeydiyyat Xidməti seçkilərdə 325768 nəfərin səs verə biləcəyini açıqlayıb.

Onlardan 2908453 ölkə daxilində, 98735 qırğızıstanlı isə əlavə açılmış seçki məntəqələrində, 18580 nəfər isə ölkədən kənarda səsvermə hüququndan istifadə edə biləcək.

Dövlət başçısı postuna 11 nəfər namizədliyini irəli sürüb. Beynəlxalq təşkilatların müşahidəçiləri seçkilərin gedişatını izləmək üçün ölkəyə gəlib.

Seçkilər zamanı təhlükəsizlik və ictimai asayışı qorumaq üçün hüquq-mühafizə orqanlarının 9384 əməkdaşı prosesə cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi