Yuxarı

Qırğızıstan baş nazirinin avtomobil karvanı qəzaya uğrayıb

Qırğızıstan baş nazirinin avtomobil karvanı qəzaya uğrayıb
Qırğızıstan Baş naziri Muhammetkalı Abılqaziyev

Bakı. 8 may. REPORT.AZ/ Qırğızıstan Baş naziri Muhammetkalı Abılqaziyevin avtomobil karvanı ölkənin cənubunda qəzaya uğrayıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Oş vilayət polisinin verdiyi məlumata görə, hökumət başçısı M.Abılqaziyevin ölkənin cənubunda yerləşən Oş və Cəlalabad vilayətlərinə işgüzar səfəri zamanı kortejdə olan iki avtobili qəzaya uğrayıb. Qəza Oş vilayətinin Uzgen rayonunda, baş nazirin maşın karvanı Cəlalabad vilayətindən Oş şəhərinə gedən zaman baş verib.

Eyni istiqamətdə hərəkət edən avtomobildə texniki nasazlıq baş verdiyindən kortejdəki digər maşınlarla toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi