Qəzzada toqquşmalar zamanı 5 fələstinli yaralanıb

Qəzzada toqquşmalar zamanı 5 fələstinli yaralanıb Qəzzada keçirilən etiraz aksiyası İsrail hərbçiləri tərəfindən dağıdılıb.
Digər ölkələr
14 Dekabr , 2019 07:49
Qəzzada toqquşmalar zamanı 5 fələstinli yaralanıb

Qəzzada keçirilən etiraz aksiyası İsrail hərbçiləri tərəfindən dağıdılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, aksiyanın dağıdılması zamanı beş fələstinli xəsarət alıb. Zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.

Fələstinlilər 2018-ci ilin 30 martından "Böyük qayıdış marşı" aksiyaları keçirirlər. Aksiyaların gedişatında bu günə kimi 200-dən çox fələstinli həlak olub.

Son xəbərlər

Orphus sistemi