Yuxarı

Qəzza zolağında toqquşmalarda yaralananların sayı 77 nəfərə çatıb - YENİLƏNİB

​Qəzza zolağında toqquşmalarda 33 fələstinli xəsarət alıb

Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda yaralanan şəxslərin sayı 77 nəfər çatıb.

"Report" RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bundan əvvəl 63 nəfərin yaralandığı deyilirdi. 



***23:23

Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda 33 fələstinli yaralanıb. 

"Report" RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə səhiyyə nazirliyinin sözçüsü Əşrəf əl-Kidra məlumat verib. .

Qəzzadakı Fələstin etirazları ardıcıl 70 cümədir ki, davam edir. 2018-ci ildən bu yana İsrail ordusu ilə toqquşmalarda 308 fələstinli həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi