Yuxarı

Qətər qida məhsulları ilə təmin olunması üçün Türkiyə və İranla danışıqlar aparır

Çatdırılma Qatar Airways şikətinin yük təyyarələri vasitəsilə həyata keçiriləcək
© Tass.ru

Bakı. 7 iyun. REPORT.AZ/ Qətər qida məhsulları və su ilə təminatı baxımından mümkün çatışmazlığı nəzərə alaraq Türkiyə və İranla danışıqlar aparır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə gizli qalmaq şərti ilə məmurlardan biri "Reuters" agentliyinə bildirib.

"Biz Türkiyə, İran və digər ölkələrlə danışıqlar aparırıq. Çatdırılma "Qatar Airways" şikətinin yük təyyarələri vasitəsilə həyata keçiriləcək. Qətər bazarında dörd həftəlik taxıl ehtiyatı qalıb. Eyni zamanda, hökumətin Dohada böyük strateji ərzaq ehtiyatı var", - məmur deyib.

Qeyd edək ki, çərşənbə axşamı Qətərin Ticarət-Sənaye Palatasının (TSP) başçısı şeyx Xəlifə ben Casem Əl-Tani Qətərdə istehlak mallarının strateji ehtiyatlarının azı 12 ay üçün kifayət edəcəyini bildirib. Onun sözlərinə görə, ölkəyə gətirilən ərzağın 95%-i əmirliyə dəniz və hava yolu ilə, yalnız 5% hissə Səudiyyə Ərəbistanı ilə quru sərhədindən keçməklə gətirilir.

Xatırladaq ki, bu həftə Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv adaları və Mavriki Qətəri terror təşkilatlarına və ekstremizm ideologiyasına dəstək verməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib. Qətər hökuməti isə ünvanına yönələn ittihamların əsassız olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi