Qətər ABŞ-ın enerji layihələrinə 20 milyard dollar yatıracaq

Qətər ABŞ-ın enerji layihələrinə 20 milyard dollar yatıracaq Bakı. 17 dekabr. REPORT.AZ/ Qətər ABŞ-ın enerji layihələrinə milyardlarla dollar sərmayə yatıracaq.
Digər ölkələr
17 Dekabr , 2018 06:31
Qətər ABŞ-ın enerji layihələrinə 20 milyard dollar yatıracaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Qətər ABŞ-ın enerji layihələrinə milyardlarla dollar sərmayə yatıracaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Səəd bin Şrid əl-Kaabi bildirib.

O, qeyd edib ki, ölkəsi 5 il ərzində Birləşmiş Ştatların enerji layihələrinə 20 milyard qoyacaq.

Nazirin sözlərinə görə, söhbət təbii qaz və neftin çıxarılmasından gedir. Səəd bin Şrid əl-Kaabi həmçinin əlavə edib ki, ABŞ maliyyə yatırılması nöqteyi-nəzərincə çox perspektivlidir.  

Daha əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib ki, Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, qoşununu Suriyaya yeritməlidir

Son xəbərlər

Orphus sistemi