Yuxarı

Hindistanda qatar relsdən çıxıb, azı 13 nəfər xəsarət alıb

Qatarın relsdən çıxaraq aşması nəticəsində azı 13 nəfər yaralanıb

Hindistanda qatar relsdən çıxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Kanpur şəhərindən 15 kilometr məsafədə baş verib. "Haor - Nyu-Dehli" qatarının relsdən çıxaraq aşması nəticəsində azı 13 nəfər yaralanıb.

Hazırda ərazidə xilasetmə işləri aparılır. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi