Hindistanda qatar relsdən çıxıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə Kanpur şəhərindən 15 kilometr məsafədə baş verib. "Haor - Nyu-Dehli" qatarının relsdən çıxaraq aşması nəticəsində azı 13 nəfər yaralanıb.
Hazırda ərazidə xilasetmə işləri aparılır. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.