Yuxarı

Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək

​Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçidə növbəti görüş keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. 

O, bildirib ki, dövlət başçıları Türkiyə ordusunun Suriyada keçirdiyi əməliyyat kontekstində bu ölkənin şimalında yaranmış vəziyyəti müzakirə edəcəklər. 

"Suriyada vəziyyətin müzakirəsinin davam etdirilməsi güman edilir, təbii, hər şeydən əvvəl Türkiyə Silahlı Qüvvələrinin Fərat çayı ətrafında keçirdiyi hərbi əməliyyat kontekstində", - Uşakov deyib. O, qeyd edib ki, bu, iki liderin ilin əvvəlindən artıq 8-ci təkbətək görüşü olacaq. 

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi xatırladıb ki, Putin və Ərdoğan növbədənkənar bu görüşlə bağlı oktyabrın 15-dəki telefon danışığında razılaşıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi