Bakı. 23 noyabr. REPORT.AZ/ Portuqaliyanın keçmiş baş naziri Joze Sokrateş Parisdən qayıdarkən Lissabon hava limanında saxlanılıb.
"Report" xəbər verir ki, onun saxlanılmasına Sokrateşi vergidən yayınma, qanunsuz yollarla vəsait toplama və korrupsiyada şübhəli bilən Baş Prokurorluğun verdiyi fərman səbəb olub.
Sabiq baş nazirlə yanaşı, sözügedən iş üzrə daha 3 nəfər ittiham olunur.
Araşdırmaların başladılmasına mənbəyi bilinməyən pul köçürmələri və bank əməliyyatları səbəb olub.
Sosialist Sokrateş Portuqaliya hökumətinə 2005-2011-ci illərdə rəhbərlik edib.