Portuqaliyanın sabiq baş naziri hava limanında saxlanılıb

Portuqaliyanın sabiq baş naziri hava limanında saxlanılıb Sabiq dövlət məmuru vergidən yayınma və korrupsiyada şübhəli bilinir
Digər ölkələr
23 Noyabr , 2014 07:45
Portuqaliyanın sabiq baş naziri hava limanında saxlanılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Portuqaliyanın keçmiş baş naziri Joze Sokrateş Parisdən qayıdarkən Lissabon hava limanında saxlanılıb.

"Report" xəbər verir ki, onun saxlanılmasına Sokrateşi vergidən yayınma, qanunsuz yollarla vəsait toplama və korrupsiyada şübhəli bilən Baş Prokurorluğun verdiyi fərman səbəb olub.

Sabiq baş nazirlə yanaşı, sözügedən iş üzrə daha 3 nəfər ittiham olunur.

Araşdırmaların başladılmasına mənbəyi bilinməyən pul köçürmələri və bank əməliyyatları səbəb olub.

Sosialist Sokrateş Portuqaliya hökumətinə 2005-2011-ci illərdə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi