Yuxarı

Poroşenko Ukraynada hərbi anbarlarda baş verən yanğını milli təhlükəsizliyə təhdid adlandırıb

Poroşenko Ukraynada hərbi anbarlarda baş verən yanğını milli təhlükəsizliyə təhdid adlandırıb
O, bu bəyanatı Kiyevdə hərbi iclasda verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ukrayna prezidenti Petr Poroşenko Vinnitsa vilayətində hərbi anbarlarda baş verən yanğını milli təhlükəsizlik üçün təhdid adlandırıb.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" xəbər verib.

"Bu tendensiya milli təhlükəsiliyə təhdiddir, mən Milli Təhlükəsilik və Müdafiə Şurasının iclasını dəqiqliklə hazırlamağı xahiş etdim ki, bunların təkrar olmaması üçün mükəmməl tədbirlər qəbul edək", - deyə bildirib.

Qeyd edək ki, o, bu bəyanatı Kiyevdə keçirilən hərbi iclasda verib.

Daha əvvəl xəbər verilib ki, Vinnitsada hərbi anbarlardakı yanğın söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi