​Poroşenko: "Donetsk aeroportunun müdafiəsi bütün Ukraynanın müdafiəsi deməkdir"

​Poroşenko: "Donetsk aeroportunun müdafiəsi bütün Ukraynanın müdafiəsi deməkdir" "Donetsk"i versək, düşmən Borispolda və ya Qostomeldə, yaxud da Lvovda olacaq"
Digər ölkələr
6 Dekabr , 2014 02:36
​Poroşenko: Donetsk aeroportunun müdafiəsi bütün Ukraynanın müdafiəsi deməkdir
Bakı. 6 dekabr. REPORT.AZ/ "Mən əminəm ki, biz orada bütün Ukraynanı müdafiə edirik. "Donetsk"i versək, düşmən Borispolda və ya Qostomeldə, yaxud da Lvovda olacaq".

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyevə gələn Donetsk hava limanı müdafiəçiləri ilə görüşü zamanı Ukrayna prezidenti Petr Poroşenko bildirib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, P.Poroşenko qeyd edib ki, bu son gecə ərzində 6 ukraynalı hərbçi həlak olub. O həmçinin əlavə edib ki, ukraynalıların 80%-dən çoxu müxtəlif şəkildə Silahlı Qüvvələrə öz köməkliklərini göstəriblər.

Son xəbərlər

Orphus sistemi