Yuxarı

Mayk Pompeo Mövlud Çavuşoğluna "S-400" sazişindən məyusluğunu bildirib

​Pompeo Mövlud Çavuşoğluna S-400 sazişindən məyus olduğunu bildirib

ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə söhbətində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması üzrə sazişdən məyus olduğunu bildirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqusun yazılı bəyanatında bildirilir.

"Dövlət katibi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından məyusluğunu ifadə edib", - deyə Morqan Ortaqusun yazılı bəyanatında bildirilir. 

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Mövlud Çavuşoğlu və Maykl Pompeo “F-35” qırıcıları ilə bağlı proqramından, “S-400” zenit–raket kompleksinin tədarükündən, Suriyadakı vəziyyətdən, Münbicin şimalından terrorçu PKK/YPG-PYD qruplaşmasının çıxarılmasından, İdlibdə atəşkəsin pozulmasından və Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasından da danışıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi