Yuxarı

ABŞ-ın dövlət katibi ilə Türkiyənin xarici işlər naziri arasında telefon danışığı olub

Çavuşoğlu ilə Pompeo arasdında telefon danışğı olub

ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“Report” “THMHaber”ə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib.

Bildirilib ki, Mövlud Çavuşoğlu və Maykl Pompeo “F-35” qırıcılarla bağlı proqramından, “S-400” zenit–raket kompleksinin tədarükündən, Suriyadakı vəziyyəti, Münbicin şimalından terrorçu PKK/YPG-PYD qruplaşmasının çıxarılmasını, İdlibdə atəşkəsin pozulmasını və Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasından da danışıblar.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan “S-400” tədarük etdiyi üçün “F-35”lə bağlı proqramda onun fəaliyyətinin dayandırdığını bildirib. ABŞ prezidenti Donald Tramp isə Türkiyəyə qarşı sanksiya tətbiq etmədiklərini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi