Bakı. 24 oktyabr. REPORT.AZ/ "Hondurasdan Meksika ərazisi ilə ABŞ istiqamətində hərəkətdə olan qanunsuz miqrant karvanı heç bir halda Birləşmiş Ştatların sərhədini keçməyəcək.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.
"Mən təkrar edirəm — karvan heç bir halda bizim sərhədi qanunsuz keçməyəcək. Əgər siz bura (ABŞ-a — red.) gəlmək istəyirsinizsə, qaçqınlar üçün nəzərdə tutulan normal prosesdən keçin", - deyə o bildirib.
Dövlət katibi əlavə edib ki, miqrant karvanı Meksikanın suverenliyini, qanunlarını və immiqrasiya prosedurunu pozur.
"Prezident Tramp bunun baş verməsinə imkan verməyəcək… Biz hesab edirik ki, Meksika rəhbərliyi vəziyyəti həll etməyin ən yaxşı yollarını bilir və biz onlar tərəfdən zamanında addım atılmasını gözləyirik", — deyə dövlət katibi vurğulayıb.
Bundan əvvəl ABŞ sərhədinə doğru növbəti miqrant axınının hərəkət etdiyi məlum olub.