Polşanın cənub-qərbində şaxtada baş vermiş uçqun zamanı 8 fəhlə həlak olub

Polşanın cənub-qərbində şaxtada baş vermiş uçqun zamanı 8 fəhlə həlak olub Hadisənin başvermə səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb
Digər ölkələr
30 Noyabr , 2016 23:47
Polşanın cənub-qərbində şaxtada baş vermiş uçqun zamanı 8 fəhlə həlak olub

Bakı. 30 noyabr. REPORT.AZ/ Ötən gecə Polşanın cənub-qərbindəki Polkoviçedə dağ mədəninin 8 fəhləsi güclü uçqunun qurbanı olub.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Mədən" şaxtasının direktoru Pavel Markovski keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son axtarışlar zamanı daha 3 mədən fəhləsinin cəsədləri tapılıb. "Onların cəsədləri bir-birinin yaxınlığında aşkar edilib. Beləliklə, faciəli hadisə nəticəsində səkkiz nəfər həlak olub", - deyə o əlavə edib.

Qeyd edək ki, daha əvvəl uçqun zamanı beş nəfərin öldüyü bildirilirdi. Şaxtada xilasedici əməliyyat demək olar ki, bütün sutka boyu davam edib. 

Hadisə ilə əlaqədar Polkoviçedə 4 günlük matəm elan olunub. Faciə yerinə ölkənin baş naziri və bir neçə naziri gəlib. Ölkə prezidenti həlak olanların ailələrinə başsağlığı verib və yardım göstəriləcəyini bildirib. 

Hadisənin başvermə səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Son xəbərlər

Orphus sistemi