Polşada 10 nəfər donvurmadan ölüb

Polşada 10 nəfər donvurmadan ölüb Hakimiyyət donvurma qurbanlarının sayının artacağından ehtiyatlanır
Digər ölkələr
7 Yanvar , 2017 14:41
Polşada 10 nəfər donvurmadan ölüb

Bakı. 7 yanvar. REPORT.AZ/ Polşada 10 nəfər son iki sutkadakı şaxtanın qurbanı olub.

“Report” “France Press”ə istinadən xəbər verir ki, Polşa Dövlət Təhlükəsizlik Mərkəzi 7 nəfərin bu gün donvurmadan öldüyünü açıqlayıb. Daha 3 şəxs isə ötən gün şaxtanın qurbanı olub.

Sinoptiklər yanvarın 8-də ölkənin bir sıra bölgələrində temperaturun -14 dərəcəyə enəcəyini bildiriblər.

Hakimiyyət donvurma qurbanlarının sayının artacağından ehtiyatlanır. 

Son xəbərlər

Orphus sistemi