Polşa hökuməti "Huawei"in əməkdaşını casusluqda şübhəli bilir

Polşa hökuməti "Huawei"in əməkdaşını casusluqda şübhəli bilir Bakı. 11 yanvar. REPORT.AZ/ Polşa hökuməti Çin və Polşa vətəndaşlarını rəsmi Varşavaya qarşı casusluqda və Çin kəşfiyyatı üçün işləməkdə ittiham edib.
Digər ölkələr
11 Yanvar , 2019 16:00
Polşa hökuməti Huaweiin əməkdaşını casusluqda şübhəli bilir

Bakı. 11 yanvar. REPORT.AZ/ Polşa hökuməti Çin və Polşa vətəndaşlarını rəsmi Varşavaya qarşı casusluqda və Çin kəşfiyyatı üçün işləməkdə ittiham edib.

Bu barədə "Report" RT-yə istinadən xəbər verir.

"TVP Info" telekanalının Daxili Təhlükəsizlik Agentliyinə istinadən yaydığı məlumata görə, Çinin "Huawei" şirkətinin Polşa şöbəsinin əməkdaşı Veytszin V. və Polşa Daxili Təhlükəsizlik Agentliyinin sabiq yüksək çinli məmuru Pyotr D. saxlanılıb.

Kanalın məlumatına görə, günahlarının olduğu sübuta yetiriləcəyi halda, şübhəlilər 10 ilədək həbs edilə bilərlər. Bundan əlavə, Çinin Polşadakı səfirliyinin əməkdaşları saxlanmış Çin vətəndaşı ilə əlaqə saxlamaq üçün rəsmi dairələrə müraciət edib.

Son xəbərlər

Orphus sistemi