Yuxarı

Polşa Avropa Şurasının sədri Donald Tusku dindirmək niyyətindədir

​Polşa Avropa Şurasının sədri Donald Tusku dindirmək niyyətindədir

Polşa Seyminin ƏDV və Aksiz vergisi ilə bağlı fırıldaqların araşdırılması Komitəsi mayın 29-da ölkənin keçmiş Baş Naziri, hazırda Avropa Şurasının sədri olan Donald Tusku dindirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə UNN Polşa radiosuna istinadən məlumat verib.

Komissiya sədri Martsin Xorala (Hüquq və Ədalət Partiyası) D.Tuska artıq bildiriş göndərildiyini və onun sorğuya qatılacağına ümid etdiklərini bildirib.

Qeyd edək ki, D.Tusk Polşada Vətəndaş Platforması və Polşa Kəndli Partiyasının yaratdığı koalisiyasının hakimiyyəti dövründə Baş Nazir olub.

Polşa Maliyyə Nazirliyinin hesablamalarına görə, ƏDV-dən dövlət büdcəsinə daxilolmalar 2007-ci ildəki 7 milyard 100 milyon zlotıdan (təxminən, 1,651 milyard avrodan) 2015-ci ildə 50 milyard 400 milyon zlotıya (təxminən, 11, 721 milyard avroya) qədər artıb. Belə fərq Avropa İttifaqının heç bir ölkəsində qeyd alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi