Piratlar 22 hindli dənizçinin olduğu tankeri buraxıblar

Piratlar 22 hindli dənizçinin olduğu tankeri buraxıblar Heyət üzvlərinin hamısı təhlükəsiz şəraitdədir
Digər ölkələr
6 Fevral , 2018 08:42
Piratlar 22 hindli dənizçinin olduğu tankeri buraxıblar

Bakı. 6 fevral. REPORT.AZ/ Piratlar şənbə günü Benin sahillərində itgin düşmüş hesab edilən "Marine Express" tankerini buraxıblar. Panamada qeydiyyatdan keçmiş gəminin göyərtəsində 22 hindli dənizçi var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Tankerin texniki xidməti ilə məşğul olan "Anglo-Eastern Group" şirkətinin bəyanatına görə, tankerin bütün heyət üzvləri hazırda təhlükəsiz şəraitdədirlər, gəminin yükü toxunulmaz qalıb.

Tanker ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq daşıyırdı.

Son xəbərlər

Orphus sistemi