Sankt-Peterburq metrosu işini qismən bərpa edib

Sankt-Peterburq metrosu işini qismən bərpa edib "3,4,5-ci xətlər üzrə hərəkət tam açıqdır"
Digər ölkələr
3 Aprel , 2017 23:20
Sankt-Peterburq metrosu işini qismən bərpa edib

Bakı. 3 aprel. REPORT.AZ/ Sankt-Peterburq metropoliteninin işi qismən bərpa olunub.

"Report" xəbər verir ki, bu barədə metronun mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

"3,4,5-ci xətlər üzrə hərəkət tam açıqdır. 2-ci xətt üzrə hərəkət "Kupçino"dan "Moskovski"yə və "Petroqradski"dən "Parnas" stansiyasına qədərdir", - deyə məlumatda bildirilir.

Aprelin 3-ü Bakı vaxtı ilə 15.40-da Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeski institut-2" stansiyaları arasında partlayış baş verib.

Rəsmi məlumata görə, 10 nəfər ölüb. İstintaq Komitəsi terror aktı barədə cinayət işi qaldırıb.

Son xəbərlər

Orphus sistemi