Yuxarı

Peruda zəlzələ nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb

Peruda zəlzələ nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb
Okuviri dairəsində 130 tikiliyə ziyan dəyib

Bakı. 3 dekabr. REPORT.AZ/ Cümə günü Peruda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Perunun Milli Mülki Müdafiə İnstitutu öz "Twitter" bloqunda məlumat yayıb.

"Okuviri dairəsinin rəhbərliyi 1 yeniyetmənin öldüyünü və 17 nəfərin yaralandığını təsdiq edib. Hazırda yaralılar müalicə olunurlar", - deyə xəbərdə bildirilir.

İlkin məlumatlara görə, Okuviri dairəsində 130 tikiliyə ziyan dəyib. Zəlzələnin 5,5 bal gücündə olub. Onun episentri Lampa şəhərindən 58 km. məsafədə yerləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi