Bakı. 3 dekabr. REPORT.AZ/ Cümə günü Peruda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Perunun Milli Mülki Müdafiə İnstitutu öz "Twitter" bloqunda məlumat yayıb.
"Okuviri dairəsinin rəhbərliyi 1 yeniyetmənin öldüyünü və 17 nəfərin yaralandığını təsdiq edib. Hazırda yaralılar müalicə olunurlar", - deyə xəbərdə bildirilir.
İlkin məlumatlara görə, Okuviri dairəsində 130 tikiliyə ziyan dəyib. Zəlzələnin 5,5 bal gücündə olub. Onun episentri Lampa şəhərindən 58 km. məsafədə yerləşib.