Peruda ordu və polis prezidenti müdafiə etdiyini açıqlayıb

Peruda ordu və polis prezidenti müdafiə etdiyini açıqlayıb Peruda siyasi böhran fonunda hərbçilər və polis prezident Martin Viskarreni dəstəklədiklərini bildiriblər.
Digər ölkələr
1 Oktyabr , 2019 12:15
Peruda ordu və polis prezidenti müdafiə etdiyini açıqlayıb

Peruda siyasi böhran fonunda hərbçilər və polis prezident Martin Viskarreni dəstəklədiklərini bildiriblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı dövlət başçısının administrasiyası açıqlayıb.

“Hərbi Dəniz Qüvvələri Birləşmiş Komandanlığı, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Milli Polis konstitusiyanı, Peru Silahlı Qüvvələrinin və Milli Polisin ali baş komandanı olaraq prezident Martin Viskarreni dəstəkləyirlər”, - deyə administrasiyanın “Twitter” səhifəsində vurğulanıb.

Qeyd edək ki, prezidenti parlamenti buraxıb. Buraxılmış parlament isə prezidentə etimadsızlıq göstərib. Buraxılmış parlamentdə vitse-prezident Mersedes Araos prezident səlahiyyətlərini müvəqqəti icra etmək üçün and içib.

Parlament seçkiləri 2020-ci il yanvarın 26-na təyin edilib. 

Son xəbərlər

Orphus sistemi