Peruda daşqınlar zamanı ölənlərin sayı 62-ə çatıb - YENİLƏNİB

Peruda daşqınlar zamanı ölənlərin sayı 62-ə çatıb - YENİLƏNİB Təbii fəlakət zamanı 70-dən çox insan xəsarət alıb
Digər ölkələr
17 Mart , 2017 00:37
Peruda daşqınlar zamanı ölənlərin sayı 62-ə çatıb - YENİLƏNİB
Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ Peruda baş vermiş güclü daşqınlar zamanı ölənlərin sayı 62-ə çatıb. 

"Report"un məlumatına görə, bu barədə "Globovision" telekanalı xəbər verib.

Qeyd edək ki, təbii fəlakət zamanı 70-dən çox insan xəsarət alıb. Daha 11 nəfər isə itkin düşmüş sayılır.

Daşqınlar minimum 56 min perulunun əmlakına zərbə vurub. Təbii hadisədən ümumilikdə 546 min nəfər zərər çəkib.

***

Peruda baş vermiş güclü daşqınlar zamanı 50-dən çox insan ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 70-dən çox insan xəsarət alıb. Daha 11 nəfər isə itkin düşmüş sayılır.

Daşqınlar minimum 56 min perulunun əmlakına zərbə vurub. Təbii hadisədən ümumilikdə 546 min nəfər zərər çəkib.

Ölkə hakimiyyəti paytaxt Limanın məktəblərində dərslərin dayandırıldığını bildirib. Bu, son 10 illikdə ölkədə ən böyük daşqınlardan biridir. Perunun 25 regionundan 20-i təbii fəlakətdən əziyyət çəkir.  

Son xəbərlər

Orphus sistemi