Peru Konqresinin (birpalatalı parlament -red) sədri Pedro Olaeçea daha əvvəl qanunverici orqanı buraxdığını bildirən ölkə prezidenti Martin Viskarranın hakimiyyətdən kənarlaşdırıldığını elan edib.
"Report" xəbər verir ki, bu barədə "El Comercio" qəzeti bildirib.
"Parlamentin iclasında konstitusiya quruluşunu pozduğu üçün prezidentin müvəqqəti qabiliyyətsiz olduğunu elan edən qətnamə bəyənilib", - deyə Konqresin "Twitter" səhifəsində bildirilir.
Parlamentin başçısı bu qərarla eyni zamanda prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı kimi ölkənin vitse-prezidenti Araos Mersedesi tanıyıb. Müvafiq qərarıqanunverici məclisin 86 deputatı dəstəkləyib.
Daha əvvəl isə Peru prezidenti Martin Viskarra Konqresi buraxdığını elan edib. "Mən konstitusiyaya uyğun olaraq Konqresi buraxmağa və seçkiləri çağırmağa qərar verdim", - o deyib.