Pentaqon Trampın Suriyanı bombardman etmək barədə əmrinə aydınlıq gətirib

Pentaqon Trampın Suriyanı bombardman etmək barədə əmrinə aydınlıq gətirib Bakı. 14 aprel. REPORT.AZ/ Konqresdə bu məsələyə narazılıqların olmasına baxmayaraq, ABŞ prezidenti Donald Trampın Suriyanı bombardman etmək barədə əmri vermək üçün bütün səlahiyyətləri vardı.
Digər ölkələr
14 Aprel , 2018 18:31
Pentaqon Trampın Suriyanı bombardman etmək barədə əmrinə aydınlıq gətirib

Bakı. 14 aprel. REPORT.AZ/ Konqresdə bu məsələyə narazılıqların olmasına baxmayaraq, ABŞ prezidenti Donald Trampın Suriyanı bombardman etmək barədə əmri vermək üçün bütün səlahiyyətləri vardı.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyində keçirilən brifinqdə bildirilib.

Brifinqdə həmçinin qeyd edilib ki, zərbələrə baxmayaraq, ABŞ Suriya ilə bağlı məqsədlərini dəyişməyib. Birləşmiş Ştatlar əvvəlki kimi terrorçuluqla mübarizə aparmaq niyyətindədir.

Pentaqonda həmçinin vurğulayıblar ki, zərbələr ABŞ-ın Suriyadakı rejimi dəyişməyə çalışması anlamına gəlmir.

Son xəbərlər

Orphus sistemi