"NBC": Pentaqon KXDR-in 20 hərbi obyektinin bombalanması planını hazırlayıb

"NBC": Pentaqon KXDR-in 20 hərbi obyektinin bombalanması planını hazırlayıb Göstərilən hərbi təyyarələrdən istifadə planın əsas elementidir
Digər ölkələr
10 Avqust , 2017 04:33
NBC: Pentaqon KXDR-in 20 hərbi obyektinin bombalanması planını hazırlayıb
Courtesy İmage

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi "B-1B Lancer" bombardmançılarının tətbiqiylə Koreya Xalq Demokratik Respublikasının (KXDR) təxminən iyirmi hərbi obyektinə önləyici zərbənin planını hazırlayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda çərşənbə günü Amerikanın "NBC" telekanalı bildirib.

Telekanalın hərbçilər arasındakı mənbələrinin məlumatlarına görə, göstərilən hərbi təyyarələrdən istifadə planın əsas elementidir. Sakit okeanın Quam adasındakı "Andersen" təyyarə bazasında bu hərbi hava maşınından altısı yerləşdirilib. Mayın sonundan bombardmançılar belə zərbənin endirilməsini təqlid edən 11 məşq uçuşunda cəlb edilib. Sonuncu məşq avqustun 7-də olub.

Telekanalın məlumatına görə, Pentaqonda güman edirlər ki, əgər ABŞ həqiqətən Koreya Xalq Demokratik Respublikasına zərbə endirməyə çalışsa, onda əməliyyatda peyklər, pilotsuz uçuş aparatları, qırıcılar və kəşfiyyatçı təyyarələrdən istifadə ediləcək.

"NBC"-nin mənbələrinin sözlərinə görə, Amerika kəşfiyyatı əmindir ki, göstərilən obyektlərin yerləşməsi haqqında dəqiq informasiyaya malikdir. Məlumatların bir hissəsi Koreya Xalq Demokratik Respublikasının bu yaxınlardakı raket sınaqları haqqında informasiyanın analizi vaxtı alınıb. Pentaqonda bu hadisəylə bağlı başqa planlar var.

Son xəbərlər

Orphus sistemi