Pekinin "Tyananmen" mərkəzi meydanında Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi şərəfinə təntənəli tədbirlər başlayıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, "Tyananmen" meydanında tribunaya Çin Xalq Respublikasının sədri Si Szinpin, Dövlət Şurasının baş naziri Li Kesyan, hökumət rəhbərliyinin başqa üzvləri, həmçinin keçmiş dövlət başçısı Tszyan Szemin qalxıblar.
Təntənəli tədbiri Li Kesyan açıq elan edib.
Hazırkı tədbir son onilliklər ərzində ölkədə keçirilən ən böyük parad olacaq. Daha əvvəl hərbi parada rəhbərlik edən qrupun rəis müavini, general-mayor Tsay Çjiszyun bildirib ki, paradda demək olar, 15 min hərbi qulluqçu, 580 texnika, 160 təyyarə və helikopter iştirak edir.