Bakı. 7 yanvar. REPORT.AZ/ İraqın şimalında, Kərkük vilayətində törədilən iki partlayış nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, partlayıcı qurğuların İŞİD terrorçuları tərəfindən işə salındığı ehtimal edilir.
İraqın
İkinci partlayış isə Zap qəsəbəsində törədilib. Nəticədə 6 nəfər yaralanıb. Ərazidə terrorçuların tapılması məqsədilə iri miqyaslı əməliyyata başlanılıb.
Daha əvvəl İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib.