Yuxarı

Paris meriyası: paytaxt küçələrində 3641 insan gecələyir

Parisin küçələrində gecələyən 3641 evsiz insan var

Hazırda Fransanın paytaxtı Parisin küçələrində gecələyən 3641 evsiz insan var.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu statistikanı Paris meriyası açıqlayıb.

Meriyanın açıqladığı statistikaya əsasən bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 689 nəfər artıb.

Paytaxt küçələrində gecələyənlərin əksəriyyəti 25-54 yaş arasında olanlar, tənhalar və artıq bir ildən çoxdur ki, küçələrdə qalan insanlardır. Onların 14 faizi işləyərək maaşı ilə dolanır, 23 faizi dilənçiliklə əldə etdiyi pulla, 18 faizi isə sosial məvacib hesabına yaşayır.

Paytaxt küçələrində yaşayan evsizlərin 12 faizini qadınlar təşkil edir. Statistik göstəricilərə əsasən Parisdəki evsizlərin 30 faizi paytaxtın şimal rayonlarında toplaşıb.

Rəqəmlər onu da göstərir ki, əgər bir zamanlar Paris küçələrində yaşayan evsizlər əsasən yaşlılardan ibarət idisə, bu gün evsizlər nisbətən daha cavan insanlardan ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi