Pakistanda qatar relsdən çıxıb, onlarla insan xəsarət alıb - FOTO

Pakistanda qatar relsdən çıxıb, onlarla insan xəsarət alıb - FOTO Bakı. 16 sentyabr. REPORT.AZ/ Pakistanda qatar relsdən çıxıb.
Digər ölkələr
16 Sentyabr , 2018 11:57
Pakistanda qatar relsdən çıxıb, onlarla insan xəsarət alıb - FOTO

Bakı. 16 sentyabr. REPORT.AZ/ Pakistanda qatar relsdən çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Geo News" "Pakistan Railways"in təmsilçisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kəraçidən Peşavar istiqamətində hərəkət edən sərnişin qatarında baş verib. Qatarın səkkiz vaqonu relsdən çıxıb. Qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə bağlı ərazidə qatarların hərəkəti dayandırılıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi