Yuxarı

Pakistanda hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB

Kamikadzenin özünü partlatması nəticəsində 13 hərbçi yaralanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Pakistanın şimalında yerləşən Svat dairəsində terrorçu-kamikadzenin hərbi hissəyə hücum etməsi nəticəsində azı 11 nəfər ölüb, daha 13 hərbçi yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli ordunun mətbuat xidmətinə istinadən Geo TV telekanalı məlumat yayıb.

Üç hərbçi hadisə yerində ölüb, 7-si sonradan aldığı yaralardan keçinib. Daha bir hərbçinin hansı şəraitdə öldüyü açıqlanmır.

Hücum edən şəxs hissəsinin idman meydançasında partlayış törədib. Hadisə ilə bağlı araşdırma aparılır.


***21:16

Bakı. 3 fevral. REPORT.AZ/ Pakistanın şimal-qərbində yerlşən Hayber-Paxtunxva əyalətinin Svat rayonunda terrorçu-kamikadzenin hərbi obyektə hücum etməsi nəticəsində azı 3 nəfər ölüb, daha 7-si yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ölkənin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin bəyanatında bildirilir.

Hücuma görə məsuliyyəti "Pakistan taliblərinin hərəkatı" öz üzərinə götürüb.

Ərazi polis tərəfindən mühasirəyə alınıb və digər terrorçuların axtarışı üzrə əməliyyat aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi