Pakistanda anomal istidən 65 nəfər ölüb

Pakistanda anomal istidən 65 nəfər ölüb Temperaturun müsbət 40 dərəcəyə çatacağı gözlənilir
Digər ölkələr
22 May , 2018 21:37
Pakistanda anomal istidən 65 nəfər ölüb

Bakı. 22 may. REPORT.AZ/ Pakistanın Karaçi şəhərində istidən 65 nəfər ölüb.

“Report” "Pakistan Today" nəşrinə istinadən xəbər verir ki, bütün ölüm halları son üç gündə qeydə alınıb.

Onların bir çoxu evdə, günvurmadan sonra vaxtında həkim yardımı ala bilmədikləri üçün vəfat edib. Ölənlərin yaş həddi 6-78-ə qədərdir.

Sinoptiklərin xəbərdarlığına görə, Karaçidə daha bir neçə gün yeni isti hava dalğası gözlənilir. Temperaturun müsbət 40 dərəcəyə çatacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi