Pakistanda 4 kamikadze kilsəyə hücum edib, 5 nəfər ölüb, 20-si yaralanıb - VİDEO

Pakistanda 4 kamikadze kilsəyə hücum edib, 5 nəfər ölüb, 20-si yaralanıb - VİDEO Partlayış baş verən ərazidə atəş səsləri eşidilir
Digər ölkələr
17 Dekabr , 2017 12:40
Pakistanda 4 kamikadze kilsəyə hücum edib, 5 nəfər ölüb, 20-si yaralanıb - VİDEO

Bakı. 17 dekabr. REPORT.AZ/ Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Geo TV və "Down" qəzetinin məlumatında bildirilir.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Bundan əlavə, partlayış baş verən ərazidə atəş səsləri eşidilir.

Bəlucistan əyalətinin daxili işlər naziri Sarfaz Buqti bildirib ki, terrorçulardan biri kilsə yanında zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi