Yuxarı

Pakistan hindistanlı pilotu sərbəst buraxacaq

​Pakistan hindistanlı pilotu sərbəst buraxacaq
© Daily Times Pakistan

Bakı. 28 fevral. REPORT.AZ/ Pakistan sabah "sülh jesti" qismində Hindistan təyyarəsinin pilotunu sərbəst buraxacaq.

"Report" xəbər verir ki, bu barədə bu gün parlamentdə Pakistanın Baş naziri İmran Xan bildirib.

Daha əvvəl Pakistanın xarici işlər naziri Mahmud Kureşi "Geo News" telekanalına müsahibəsində rəsmi İslamabadın ölkələr arasındakı münaqişədə gərginliyin azalacağına səbəb olacağı təqdirdə, pilotun geri qaytarılması variantının mümkünlüyünü bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi