​Özbəkistanda prezident seçkiləri keçirilir

​Özbəkistanda prezident seçkiləri keçirilir Qələbəyə əsas namizəd hazırkı dövlət başçısıdır
Digər ölkələr
29 Mart , 2015 08:57
​Özbəkistanda prezident seçkiləri keçirilir

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Özbəkistanda ölkənin prezident postuna seçkilər keçirilir.

"Report" xəbər verir ki, bu posta dörd siyasi partiyadan olan namizəd iddia edir.

Qələbəyə əsas namizəd 25 ildir ölkəyə rəhbərlik edən hazırkı dövlət başçısı İslam Kərimovdur. O, Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb.

Özbəkistan Xalq Demokratik Partiyası bu posta Mərkəzi Şuranın sədri Xatamjon Ketmonov, "Milliy tiklaniş" Demokrat Partiyası partiyanın parlamentdəki fraksiyasının üzvü Akmal Saidov, "Adolat" Sosial-Demokrat Partiyası partiyanın İcra Komitəsinin sədri Nərimon Umarovun namizədliyini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi