Yuxarı

Osakada keçiriləcək G20 sammitini 25 min polis qoruyacaq

​Osakada keçiriləcək G20 sammitini 25 min polis qoruyacaq

Yaponiyanın Osaka şəhərində 30 minə yaxın şəxsin iştirakı ilə keçiriləcək G20 sammitini 25 min polis əməkdaşı qoruyacaq.

"Report" xəbər verir ki, bu barədə Osaka prefekturasının polis rəisi Takahisu İsiduya istinadən "Kiodo" məlumat yayıb.

Bildirilir ki, sammitlə əlaqədar olaraq nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər olacaq. Hökumət dəmir yollarında saxlanc yerlərindən istifadəyə qadağa qoymaq niyyətindədir. Bundan əlavə, Osakanın mərkəzi vağzalından bütün zibil qutuları yığışdırılacaq.

Həmçinin bir çox mağazaların liderlərin görüş günü bağlanacağı qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi