OPEC ölkələri neft hasilatını azaldıb

OPEC ölkələri neft hasilatını azaldıb Neft hasilatının ixtisarı ilə bağlı razılaşmada iştirak edən OPEC+ ölkələri oktyabrda planı 142% yerinə yetirib.
Digər ölkələr
4 Dekabr , 2019 02:28
OPEC ölkələri neft hasilatını azaldıb

Neft hasilatının ixtisarı ilə bağlı razılaşmada iştirak edən OPEC+ ölkələri oktyabrda planı 142% yerinə yetirib.

"Report" xəbər verir ki, bu barədə Vyanada OPEC+ texniki komitəsinin iclasının nəticəsinə görə nümayəndə heyətlərindəki iki mənbə TASS-a bildirib.

Beləliklə, razılaşmaya imzaatan ölkələr baza üçün qəbul edilmiş səviyyəyə uyğun olaraq neft hasilatını 2018-ci ilin oktyabrı ilə müqayisədə gündə 1,7 milyon barel azaldıb. Bu halda oktyabrda OPEC ölkələri ilə sazişin icrası 142%, qeyri-OPEC ölkələri 141% təşkil edib.

Son xəbərlər

Orphus sistemi